F-1.az xatırladır ki, Ferrari, Mercedes və Red Bull komandalarının bazalarında 1600 nəfər işlədiyi halda, Renault-da 1200 nəfər işləyir.
Siril Abitebul: “İndi istədiyimiz səviyyəyə çatmışıq. Amma Ferrari və Mercedes arasında dəlisov mübarizə var. Onlar başqa liqadadırlar. Bizim planımız üç böyük komandaya çatmaq idi. Ancaq onlar da bizimlə eyni sürətdə böyüdülər və dəlisov rəqəmlərə çatdılar. Biz belə şey etmək istəmirik.
Haas geridönüşü olmayan vəziyyət yaratdı. Məncə, idmanda Haas-dan əvvəlki və sonrakı dövrlər var. Onların gəlişi Formula1-i dəyişdirdi. Əvvəl on komanda var idisə, indi 4-5 komanda var. Bu strategiya planımızda yox idi. Əgər ikinci komandanız yoxdursa, qələbə çətinləşir. Ferrari-dən əvvəl Haas-ı məğlub etmək lazımdır. Daha çox sponsor və mükafat bonusu əldə etmək çətinləşdi. Bu, ciddi haldır və təkcə Renault-nun yox, bu cür işləməyən bütün komandaların problemidir. Bu silahlanma yarışını necə dayandırmağı bilmirəm. FİA buna nəzarət etməlidir. Bu cür Formula1-in bir hissəsi olmaq istəmirik.
McLaren və biz bərabər komandalarıq. Burada kim əsas və kim törəmə komanda olacaq? Bəlkə də, müəyyən vaxtdan sonra McLaren-lə bu barədə danışarıq. Amma bu tərəfdaşlıq heç vaxt Ferrari-Haas, Mercedes-Racing Point və Red Bull-Toro Rosso səviyyəsində olmayacaq”.