F-1.az xatırladır ki, McLaren komandası Vodafone ilə yollarını ayırdıqdan sonra britaniyalılar titul sponsoru tapmaqda çətinlik çəkmişdilər.
Amma idarə heyəti dəyişəndən sonra McLaren vaxt itirmədən titul sponsoru axtarışlarına başlayıb və geci 2018-ci ildə bir şirkətlə müqavilə bağlamağı planlaşdırır.
Braziliyanın Globo telekanalından Livio Orixio bildirib ki, McLaren və Petrobras titul sponsorluğu üçün danışıqlar aparırlar: “McLaren Petrobras-la yağ və yanacaq təminatı üçün danışıqlar aparır. Bu Petrobras-ın Williams-la 1998-2008-ci illərdəki müqaviləsinə çox bənzəyir”.
McLaren yeni mövsümdən əvvəl Exxon Mobil-lə yollarını ayıraraq BP ilə müqavilə bağlayıb. Amma BP-nin Renault ilə də müqaviləsi var və fransızlarla olan müqavilə daha geniş əhatəlidir.
Əgər McLaren komandası Petrobras ilə müqavilə bağlasa, bu, britaniyalılar üçün gözəl xəbər ola bilər…