F-1.az xatırladır ki, Vodafone 2011-ci ildə McLaren-dən ayrıldıqdan sonra britaniyalılar özlərinə titul sponsoru tapa bilmir.
Zek Braun: “Məncə, bir komandaya titul sponsoru tapmaq çox da yaxşı deyil. Vodafone şirkətini istəsəm də, komandanın adının Vodafone McLaren olmasını istəmirəm. Mən McLaren markasını böyütmək istəyirəm. Təzə gələndə titul sponsoru istəyirdim. Lakin hazırda şirkətlər bu cür sponsorluqlar edə bilmirlər. İndi hədəfimiz əsas sponsor tapmaqdır. Əgər biri gəlib titul sponsoru olmaq istəsə, müzakirə apararıq. Ancaq belə hədəfimiz yoxdur. Hədəfimiz böyük sponsorlardır”.