McLaren test proqramını açıqlayıb

McLaren komandası verdiyi açıqlamada bildirib ki, Barselonadakı mövsümiçi testlərdə MCL33-ü Stoffel Vandornla yanaşı Oliver Törvi ilə Lando Norris idarə edəcəklər.

F-1.az xatırladır ki, britaniyalılar gənc istedad Lando Norrisi ehtiyat və test sürücülüyünə gətiriblər. Oliver Törvi isə artıq uzun müddətdir ki, “narıncılar”la işləyir.

Barselonadakı testlərin ilk günündə sükan arxasına Stoffel Vandorn sükan arxasına keçəcək. İkinci gün isə estafeti Lando Norris götürəcək.

Bundan başqa McLaren komandası Pirelli-nin 2019-cu il təkkərlərini test etmək üçün ikinci bolidi hazırlayacaq. Bu bolidlə testlərin birinci günündə Lando Norris, ikinci günündə isə Oliver Törvi trasa çıxacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*