F-1.az xəbər verir ki, Honda onların maşınlarının güc qurğularında dəyişikliklərə ehtiyac duyub. Fernandonun maşınına yeni daxiliyanma mühərriyi (İCE), turbin (TC) və MGU-H generatoru quraşdırılıb. Buna görə də ispan sürücü startda 20 yer itirəcək. Vandorn isə tamamilə yeni güc qurğusu ilə yarışacaq və bu, belçikalı pilota 35 yer itirmək hesabına başa gələcək.
McLaren sürücüləri startda yer itirəcəklər
Meksikada həftəsonu hələ başlamayıb, lakin Fernando Alonso və Stoffel Vandornun yarışa peletonun arxasından başlayacaqları artıq məlumdur.