McLaren sürücüləri Mayami yarışını həyəcanla gözləyirlər

Zek Braunun McLaren-ə gəlişindən sonra onlar Amerikadakı yarışlara xüsusi həyəcanla yanaşır və Mayamidə uğur qazanacaqlarına inanırlar...

F-1.az xəbər verir ki, ilk iki yarışı xalsız keçirən, son 2 yarışda isə 14 xal toplayan narıncılar xallar qazanmağa davam etmək istəyindədirlər.

Lando Norris: “Birləşmiş Ştatlara qayıtdığım üçün şadam! ABŞ-da yarışlar həmişə maraqlı keçir, azarkeşləri komandamızın rənglərində görməyi səbirsizliklə gözləyirəm.

Bizim yeniliklərimiz işə yaradı, avtomobil Bakıda yaxşı görünürdü – mümkün olan maksimum nəticəni əldə etdik. Növbəti addımı atmağın vaxtıdır. Yarışdan yarışa təkmilləşmək və iki ardıcıl yarış seriyasını müsbət notlarla bitirmək istəyirik”.

Oskar Piastri: “Mayamidəki yarışı səbirsizliklə gözləyirəm. Amerikalı azarkeşlərin dəstəyi sayəsində əyləncəli olmalı olan bu trasda əvvəllər heç vaxt yarışmamışam. Bu trasın öz xüsusiyyətləri var, lakin mən simulyator üzərində işləyərək qarşıdan gələn Qran Priyə yaxşı hazırlaşmışam.

Bakıda xəstə idim, amma təsnifat mərhələsinin finalına çıxmağıma sevindim. Həftə sonu bunun üzərində çox çalışdıq, komandanın hazırladığı yeniliklər təkmilləşməyə imkan verdi. 11-ci yeri tutmaq ayıbdı, amma Mayamidə yaxşı performans göstərərək iki ardıcıl yarış seriyasını yaxşı bitirməkdə qərarlıyam”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*