McLaren Spa-dan yaxşı nəticə gözləyir

McLaren komandasının sürücüsü Lando Norris Spa-nın McLaren üçün yaxşı olmasını gözləyir.

F-1.az xatırladır ki, “narıncılar” son iki yarışda ən sürətli ikinci komanda təəssüratı yaradıb. Lando Norris ardıcıl iki yarışda podiumun ikinci pilləsində yer alıb.

Spa trası quruluşca Macarıstandan fərqlənir və McLaren son illərdə burada pis performans göstərməyib.

Lando Norris: “Ardıcıl iki yarışda podiuma yüksəlmək əladır. Layiq olduğumuz yerlərə qayıtdığımız üçün yaxşı hiss edirik, amma mövsümün qalanında stabil olaraq belə nəticələr qazanmaq üçün çox iş görməliyik.

Spadakı yarışı səbirsizliklə gözləyirəm. Bu tras favoritlərimdən biridir və maşınımız üçün də əlverişlidir. Əlbəttə, havaya görə işlərimiz çətinləşə bilər, amma mövsümün ilk yarısını yaxşı nəticə ilə bağlamaq üçün əlimizdən gələni edəcəyik”.

Komandanın digər sürücüsü Oskar Piastri isə bu sözləri əlavə edib: “Növbəti yarış Belçikada olacaq. Spada yarışmaqdan həmişə həzz almışam, çünki gözəl trasdır və sprint olan həftəsonlarını sevirəm.

Bolid son iki yarışda çox sürətli idi. Bu yaxşı haldır, amma hər həftəsonunda yeni şeylər öyrənirik. Topladığımız məlumatlardan ən yaxşı formada istifadə etmək üçün simulyatorda işləyəcəm. Ümid edirəm ki, yay tətilindən əvvəl yaxşı həftəsonu keçirərik”.

Qeyd edək ki, McLaren komandası son iki yarışda həm Mercedes-dən, həm Ferrari-dən, həm də Aston Martin-dən daha çox xal toplayıb. Lando Norris isə son iki yarışda Maks Ferstppendən sonra ən çox xal toplayan sürücüdür.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*