McLaren səhmlərini satmağı planlaşdırmır

McLaren komandası Williams komandası kimi səhmlərini birjaya çıxartmaq fikrində deyil. Xatırladaq ki, Williams Grand Prix Holdings Plc şirkəti öz səhmlərinə […]

McLaren komandası Williams komandası kimi səhmlərini birjaya çıxartmaq fikrində deyil. Xatırladaq ki, Williams Grand Prix Holdings Plc şirkəti öz səhmlərinə kifayət qədər sifariş alıb – martın 2-də satış başlayacaq. Son məlumatlara görə, bir səhmin nominal dəyəri 25 Avro olacaq, satışla Almaniyanın Baader Bank və İsveçrənin Bank am Bellevue AG bankları məşğul olacaqlar.

Əndi Mayers, McLaren-in maliyyə direktoru: “Biz hesab edirik ki, şəxsi şirkət bir neçə nəfər səhmdarın mülkiyyətində qalmalıdır. Bizim fikrimizcə, bu bizim biznes-modelə daha uyğundur, ona görə də səhmlərimizi birjaya çıxartmağı planlaşdırmırıq.”

Qeyd etməliyik ki, McLaren komandasının səhmlərinin 50%-i Bahrain Mumtalakat Holding Company şirkətinə məxsusdur, yerdə qalan hissəsi isə Ron Dennisə və TAG Holdings-in sahibi Mansur Occeyin əlindədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*