F-1.az xatırladır ki, avstraliyalı sürücü yeni gəldiyi McLaren-ə uyğunlaşa bilmir. Sonuncu Monako yarışında komanda yoldaşı Norris podium gördüyü halda, Daniel xal qazana bilməyib. Bu bəs deyilmiş ki, gənc komanda yoldaşı onu dövrəvi keçib.
Bundan sonra McLaren bolidi araşdırmğa başlayıb. Keçmişdə belə hallarda şassi dəyişikliyi edilib.
Daniel Rikkardo: “Əminəm ki, komanda hər şeyi yoxlayacaq. Mən də öz-özümənələrin baş verdiyini soruşuram. Bəlkə də, maşına öyrəşməmişəm. Ancaq fərq də çox böyükdür. Bakıda hər şeyə sıfırdan başlamaq istəyirəm.
Yarış elə şeydir ki, orada bir gün sevə, bir gün nifrət edə bilərsiniz. Bu münasibət kartinq dövründə başladı. Ev yarışımda peletona gəldim və motorum işləmədi. Ön cərgədən başlayacaqdım, amma maşın işləmədi. Mənim üçün ağır travma idi. İki gün sonra trasa qayıtdım. Kartı itələdim və işləməyə başladım. O zaman yarış maşınlarının əsəbpozucu olduğunu anladım”.