McLaren rəng çalarını dəyişir

McLaren komandası qarşıdakı həftəsonunu fərqli rəng çalarları ilə keçirəcək.

McLaren komandası maşın üzərindəki tünd göy rəngi açıq göy rənglə əvəz edəcək. Buna səbəb komandanın əsas tərəfdaşlarından biri Gulf şirkətinin korporativ rəngidir.

Qeyd edək ki, McLaren komandası 1968-ci ildən 1972-ci ilədək bu rəng çalarları ilə həm F1-də, həm də Can-Am çempionatında iştirak edib.

Formula1 reqlamentinə görə komandalar mövsümü 1 rəng çalarında bitirməlidirlər. Buna görə də McLaren yeni dizayna görə FİA və FOM-dan icazə alıb.

Zek Braun: “Hamı bunu sevdi və icazədə problem yaşamadıq. Lakin bunu Monakoda istifadə edəcəyik. Xüsusi dizayn xüsusi olaraq qalmalıdır. Belə hallar Formula1-də həmişə olmur. Azarkeşlərin reaksiyasını görmək üçün səbirsizlənirəm. Bu bolid Monakonun ulduzu olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*