McLaren Red Bull ilə mühərriklərlə bağlı danışıqlar aparmır

Bu mövsümün əvvəlində McLaren komandası gələcək üçün motor təchizatçısı tapmaq məqsədi ilə bir sıra görüşlər keçirib.

F-1.az xəbər verir ki, hətta Zek Braun bunun üçün Red Bull-un Milton Keynsdəki bazasına baş çəkib. Rob Marşallın Red Bull Racing-dən McLaren-ə gəlməsi McLaren-in həqiqətən də yeni Red Bull-Ford mühərriklərinə keçəcəyi ilə bağlı şayiələr dalğasına səbəb olub, lakin Uoking komandasının rəhbəri bunları təkzib edib.

Andrea Stella: “Mən təsdiq edə bilərəm ki, Rob ilə müqavilə imzalamaqla Red Bull ilə işləmək arasında heç bir əlaqə yoxdur. Bir neçə ay əvvəl biz faktiki olaraq 2026-cı il mövsümü üçün güc aqreqatı bazarında təkliflərin hərtərəfli öyrənilməsi çərçivəsində Red Bull ilə danışıqlar aparırdıq. Hazırda biz HPP (Mercedes AMG High Performance Powertrains) ilə danışıqlarda kifayət qədər məsafə qət etmişik, ona görə də Red Bull ilə bu barədə heç bir söhbətimiz yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*