McLaren problemə təəccüblənib

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, testlərin birinci günündə Honda mühərriyindən problem gözləmirmiş.

F-1.az xatırladır ki, McLaren son iki mövsümdə testlərdə ciddi problemlər yaşamışdı. Builki testlər də britaniyalılar üçün pis başlayıb. Alonso hazırlıq dövrəsindən sonra bolidi tərk etməli olub. MCL32 yağ sızıntısına görə boksa çəkilib və uzun müddət trasa çıxa bilməyib. Amma günün sonuna doğru Alonso trasa çıxaraq, 28 dövrə vurub və 1:28.452 zaman nəticəsi ilə günü 10-cu bitirib.

Qeyd edək ki, McLaren-in mühərriyi boksda yenisi ilə əvəzlənib.

Erik Bulye: “Yağ sistemində problem var idi. Hazırda təkcə bunu bilirik. Honda güc qurğusunun qaytarılmasını istədi. Araşdırma aparırlar və açıqlama gələcək.

Sözün açığı, məyusuq. Çəkiliş günündə 100 km qət etdik. Hər şey qaydasında idi. Buna görə də problemə görə təəccübləndik.

Alonso hər şeyə nəzarət edirdi. Buna görə də səhər məyus idi. Ancaq çəkiliş günündə bolidi sürmüşdü və potensialını bilir. Çəkiliş günü sevincli idi. Amma həmin gün nümayiş təkərləri var idi.

Testlərin ilk günündə gözlənilməz problem yaşadıq. Buraya test etmək üçün gəlmişik. Avstraliyaya qədər işləri qaydasına salmalıyıq.

Bu evlilik kimidir. Enişli-yoxuşlu dövrlər ola bilər. Son illərdə çox stress yaşasaq da, müsbət yönlü münasibət qura bildik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*