McLaren podiuma sevinməyəcək

McLaren komandasının idman direktoru Eril Bulye bildirib ki, podiumdan razı qalmayacaqlar.

F-1.az xatırladır ki, McLaren testlərin ilk günündə Alonso ilə təkər problemi, ikinci günündə isə Vandornla qazburaxma sistemində problem yaşamışdı.

Erik Bulye: “Hazırda nə olacağını bilmirəm. Havaya görə istədiyimiz məlumatları toplaya bilmədik. Mövsümün ilk yarışlarında əsl gücü görəcəyik. Bizim meyar nöqtəmiz Red Bull olacaq. Onların keçənilki vəziyyətinə baxanda ümidliyik. Podiuma çıxmaq gözəl uğur olardı, amma bundan razı olmayacağıq. Məqsədimiz qalib gəlməkdir. Hələ digər bolidlərin performanslarını görmədiyimiz üçün gözləntiləri böyütmək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*