Şanxay avtodromu dünya çempionatının təqvimində ən geniş tras sayılır. Kompleks bataqlıq üzərində qurulduğu üçün yerlə problem olmayıb. Gedin paddok, rahat qonaq zonaları və böyük təhlükəsizlik zonaları olan geniş yarış trası avtodromu digərlərindən fərqləndirir. Pit-leyn də digər traslarda olduğundan çox genişdir, məsələn, komandaların işləməsi üçün nəzərdə tutulan zona Hokkenhaym və Monsada olandan iki dəfə enlidir.
Genişlik yaxşı olsa da, bəzi hallarda mane ola bilər. McLaren komandasında qərara gəliblər ki, komandanın sürücüləri təkərlərini dəyişmək üçün maşınları pit-leynin orta xəttinə paralal saxlamaqda çətinlik çəkəcəklər. Qonşuluqda gözləyən Red Bull mexaniklərini keçərkən sürücülər vaxt itirməli olacaqlar. Ona görə də mexaniklər uik-enddən əvvəl boksun önündə asfalta çəkdikləri sarı xətləri müəyyən bucaq altında çəkiblər.
Əyri sarı xətlər qeyri-adi görünsə də, yarışda komandaya müəyyən üstünlük verə bilər…