F-1.az xəbər verir ki, müqavilə 2019-cu ildən etibarən qüvvəyə minəcək. Müqaviləyə əsasən, braziliyalı neft şirkəti McLaren-in yağ və yanacaq təminatçısı olacaq. PetroBras-ın loqotipləri bolidin üzərində və komandanın uniformasında olacaq.
Qeyd edək ki, şirkət yanacaqları təhlil etmək üçün McLaren boksunda laboratoriyaya sahib olacaq.
Zek Braun: “Braziliyanın inanılmaz Formula1 sevgisi var. İdmanın bəzi əfsanələri bu ölkədən çıxıb. Braziliya bazarındakı yerimizi PetroBras kimi şirkət hesabına möhkəmləndirdiyimiz üçün sevincliyəm. PetroBras iddialı quruluşdur və McLaren-in inkişafına kömək edəcək”.