McLaren öz sürəti hesabına xal qazanmaq istəyir

Avstraliya Qran Prisində McLaren mövsümdə ilk dəfə, üstəlik hər iki sürücü ilə xal qazanıb.

F-1.az xəbər verir ki, komandanın rəhbəri Andrea Stella bunun daha çox rəqiblərin yarışı başa vura bilməməsi hesabına olduğunu inkar etmir, eyni zamanda komandanın yaxın gələcəkdə öz sürəti hesabına yarışlarda ilk onluğa daxil olacağını gözləyir.

Andrea Stella: “Biz çox da xoşbəxt deyilik, çünki başa düşürük ki, nəticə yarışdakı çoxsaylı hadisələr sayəsində mümkün olub, lakin xal qazanmaq istənilən halda xoşdur. Mövsümün əvvəlində komandanın bir neçə çətin yarışı olub ki, orada xallara iddialı olsaq da, müxtəlif səbəblərdən qazana bilmədik. İlk üç mərhələdən sonra xallarımızın olması çox gözəldir.

Bakıda komanda bəzi yeniliklər gətirməklə növbəti addımı atacaq. Biz başa düşürük ki, bu yeniliklər vəziyyəti kökündən dəyişməyəcək, lakin bu, böyük rəqəmlərin yalnız ilk addımıdır. Ümid edirik ki, gələcəkdə yarış zamanı trasda çoxlu hadisələrin olması ilə deyil, öz sürətimiz hesabına xal qazana biləcəyik”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*