McLaren öz mühərriyini istehsal edəcək?

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, 2021-ci ildə mühərrik istehsal edə bilərlər.

F-1.az xatırladır ki, 2021-ci ilin mühərrik reqlamentində müstəqil mühərrik istehsalçılarının işini asanlaşdırmağa çalışırlar. Buna görə də bəzi mütəxəssislər McLaren-in öz mühərriyini istehsal edəcəyinə inanırlar.

Zek Braun: “Özünüzün mühərrik istehsal etməsi kommersiya cəhətdən çətindir. Renault ilə münasibətimiz yeni başlayıb.

Öz mühərriyimizi düzəldə bilərik, amma 2021-ci ildə çətin. Öz mühərriyimizin olması əladır, amma maliyyə cəhətdən də düşünməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*