F-1.az xatırladır ki, Norris keçən il MSA Formula4-də çıxış edib və Charlin komandası ilə Dünya Çempionu olub. Bundan başqa ADAC Formula4 seriyasında çıxış edib və 8 yarışın 1-də qalib gəlib.
Norris 2016-cı ildə İngiltərə Formula3 seriyasından başqa Formula Renault 2.0-da da yarışıb. Gənc sürücü İngiltərə Formula3 seriyasında 3 qələbə qazanaraq, 4-cü olub.
Eurocup Formula Renault 2.0 və Formula Renault 2.0 seriyalarında da çıxış edən gənc sürücü hər iki seriyada da çempion olub.
McLaren Group-un rəhbəri Zek Braun gənc sürücü barədə danışıb: “Landoda mükəmməl gələcək görürəm. Keçən il bir neçə seriyada çıxış edərək rəqiblərini geridə qoydu. Daha sonra isə McLaren Autosport BRDC-də ən yaxşı çempion mükafatını aldı. Bu performansına görə simulyatorumuzdan istifadə edə bilər. Onu texniki cəhətdən inkişaf etdirib, Formula1-ə hazırlayacağıq”.