McLaren komandası Renault, Williams və Brawn komandalarından bir gün sonra mövsümöncəsi testlərin Xeresdəki son seriyasına qoşulub. Mühəndislər MP4-24-ün aerodinamikasının effektliyini artırmağa çalışırlar və bu gün maşın boksdan diffuzorun üzərinə bərkidilmiş maraqlı nəzarət qurğusu ilə trasa çıxıb.
Komanda şərh verməkdən boyun qaçırıb, amma ekspertlər hesab edirlər ki, bu qurğu hava axınının xarakteristikalarını ölçür, bununla da maşının altlığının profilinin və diffuzorun profilinin oprimal ahəngdar qarışığı seçilir…