McLaren Mercedes mühərriklərinə keçəcək?

McLaren komandası 2021-ci ildən etibarən Mercedes mühərriklərinə keçə bilər.

F-1.az xatırladır ki, britaniyalılar 1995-2014-cü illərdə Mercedes-lə tərəfdaş olmuşdular. 2015-ci ildə Honda mühərriklərinə keçən McLaren uğurduz keçən üç mövsümdən sonra Renault-nun güc qurğularından istifadə etməyə başlayıb. Lakin Formula1-in ən titullu üçüncü komandası etibarlılıq və güc problemlərinə görə Renault-nu Mercedes-ə dəyişə bilər.

Andreas Zaydl: “2020-ci il üçün müqaviləmiz var və Renault ilə davam edəcəyik. Lakin 2021-ci illə bağlı qərar verməmişik”.

İspaniya mətbuatının yaydığı xəbərə əsasən Williams komandası Renault mühərriklərinə keçəcək və Mercedes mühərriyini onların əvəzinə McLaren götürəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*