McLaren Mercedes – MP4-29 (video)

McLaren komandası 2014-cü ildə yeni maşınını təqdim edən ilk komanda oldu, bu gün komanda özünün rəsmi saytında yeni MP4-29-un rəsmlərini […]

McLaren komandası 2014-cü ildə yeni maşınını təqdim edən ilk komanda oldu, bu gün komanda özünün rəsmi saytında yeni MP4-29-un rəsmlərini və texniki xarakteristikasını dərc edib. Şayiələrin əksinə olaraq, maşının rəng çalarları dəyişməyib, əvvəlki kimi gümüşü rəngə üstünlük verilib, yeni reqlamentə uyğun hazırlanmış burun isə maraqlı forma alıb.

Komandanın mətbuat xidməti yazıb: “Biz keçən ilin uğursuzluqlarına reaksiya verdik və 2014-cü ilin texniki məsələlərinə praqmatik yanaşdıq. Bu gün təqdim olunan yeni MP4-29 yeni reqlamentin tələblərinə tam cavab verən maşındır.

Amma bununla bizim konstruktor şöbəmiz sürətli inkişaf mərhələsinin başlanğıcını qoyur, ona görə də mövsümün gedişində yeni maşın McLaren tarixində görünməmiş intensiv modernizə kursu keçəcək.

mp4-29-2
2014-cü il mövsümünün çətinliyi həm sürətli, həm də etibarlı maşın hazırlamaqdadır, amma belə də olmalıdır: qarşıdakı mövsüm yeni təcrübənin əldə olunması planında ən zəngin olacaq.”

Son hadisələri nəzərə alsaq, komandanın mətbuat xidmətinin yaydığı materiallarda Martin Uitmarşın adının olmaması təəccüblü deyil, təqdimat günü rəhbərlik adından icraçı direktor Conatan Nil və idman direktoru Səm Maykl danışıblar. Conatan Nil qarşıdakı mövsümdə komanda qarşısında duran vəzifələrdən və son aylarda baş verən kadr dəyişikliklərindənd anışıb…

mp4-29-3
Conatan Nil: “Biz əvvəllər reqlamentdə belə ciddi dəyişikliklərlə qarşılaşmamışdıq: reqlamentə reaksiya verməklə onun öhdəsindən gəlmək və komandanın potensialını maksimum açmaq olduqca çətin vəzifədir.

Biz məsələyə praqmatik yanaşdıq – bilirik ki, stabillik əvvəlcə effektlikdən vacibdir: mövsümöncəsi testlərin və hətta ilk yarışların əsas vəzifəsi sazlanmaların axtarışı və maşının detallarının yenidən işlənməsi deyil, MP4-29-un işçi diapazonundan baş çıxarmaq zərurətidir. Bunun üçün bizə dəyişikliklərə həssas olan etibarlı baza şassisi lazımdır.

Bizim şirkətin əla potensialı var, şirkətdə çoxlu istedadlı peşəkarlar çalışırlar, amma biz daha yüksək nəticələrə nail olmaq istəyirik. Biz yüksək səviyyəli mütəxəssisləri komandaya cəlb etmişik ki, onlar McLaren-in gələcək uğurlarına tphfə versinlər – biz Red Bull-dan komandamıza gəlmiş Piter Prodromu və Dən Fəllouzu, Lotus-dan komandamıza keçmiş Ettore Qriffini vı Keyron Pilbimi görməyə çox şadıq. Formula1-in ən yaxşı komandalarından bizə ondan çox yüksək səviyyəli mühəndis gəlib, onların hər biri McLaren-in imkan və potensialını görüb. Buna baxmayaraq, bu uzun prosesdir və bu il biz komandanı elə bir səviyyəyə qaldırmalıyıq ki, komanda yenə də ldierlik uğurunda mübarizə apara bilsin.”

mp4-29-4
İdman direktoru Səm Maykl qeyd edib ki, yenidən çempion titulu uğrunda mübarizəyə qoşulmazdan öncə komanda müəyyən keçid mərhələsini adlamalıdır…

Səm Maykl: “Keçənilki mövsüm bizi məyus etdi. Bizim məqsədimiz yenidən qələbə qazanmağa başlamaqdır, McLaren elə bu məqsədlə çempionatda iştirak edir, amma müəyyən inkişaf və bərpa mərhələsini keçmək lazımdır, bundan sonra isə çempion titulu uğrunda mübarizə aparmağa imkan verən səviyyəyə qayıdacayıq.

Məsələnin müsbət tərəfi ondadır ki, biz bunu etiraf etdik və faktiki olaraq son ayları bu istiqamətdə işlədik. Biz Honda-nın komandamıza qoşulmağını səbirsizliklə gözləyirik; bəzi texniki mütəxəssislər bizim konstruktor və mühəndis şöbələrini gücləndiriblər. Biz gənc sürücülərimizin karyeralarının inkişafına da diqqət yetiririk. McLaren-i parlaq gələcək gözləyir və indi bizi məqsədlərimizə çatdıracaq bütün proseslər gedir.”

mp4-29-5
McLaren komandasında beşinci mövsümünə hazırlaşan Censon Batton mövsümöncəsi testlərin vacibliyindən danışıb…

Censon Batton: “Əlbəttə, biz liderlər cərgəsinə qayıtmaq istəyirik və qarşıdakı mövsümün keçənilkindən yaxşı olmasına çalışacayıq. Amma indidən nəyisə proqnozlaşdırmaq çətindir – dəyişikliklər o qədər çoxdurlar ki, qüvvələr nisbətinə ciddi təsir edəcəklər, ona görə də hər şeyin necə dəyişməsini gözləmək lazımdır.

Hazırda bizim məqsədimiz qışda bərabər və məhsuldar işləməkdir. Mən yeni reqlament, yeni maşın barədə maksimum öyrənməyə çalışıram ki, mövsümün ilk yarışında yaxşı mövqelərdə qərar tutaq və MP4-29-un davranışından razı qalaq. Amma biz hər sessiyadan sonra yeni məlumat alacayıq, inanmıram ki, kimsə qarşıdakı aylarına san olmasını düşünür – biz daim öyrənməli və inkişaf etməliyik.”

mp4-29-7
Çempionatın debütantı Kevin Maqnussen bildirib ki, tezliklə MP4-29-u trasa çıxarmaq istəyir…

Kevin Maqnussen: “Mənim yeganə məqsədim – kollektivin atmosferinə yüklənmək və hər şeyə öyrənməkdir. Əlbəttə, sükan arxasına oturmağı səbirsizliklə gözləyirəm. Sirr deyil ki, mən Uokinqdə yaşayırdım və hər gün McLaren-in Texnoloji Mərkəzinə gəlirdim. Hər gün mühəndislərlə, komandanın rəhbərləri ilə, məşqçilərlə işləyirdim, əməkdaşlarla ünsiyyət qururdum, maşına, sürmə stilinə, kokpitə, idarəetmə orqanlarına öyrəşirdim, eyni zamanda fiziki formamı da unutmurdum. Bu, daimi adaptasiya prosesidir, amma bu prosesi keçmək mənə çox xoşdur.

Hazırlıq qrafik çox sıx idi, amma mən nizam-inztizam tərəfdarıyam. Xeresdə maşını trasa çıxarmağa çox tələsirəm!”

mp4-29-6
mp4-29-8

, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*