F-1.az xatırladır ki, Formula1 tarixinin ən titullu ikinci komandası bu mövsüm də Renault mühərrimlərindən istifadə edəcək. Komanda son qələbəsini 2012-ci ildə, son podiumunu isə 2014-cü ildə qazanıb və bu il uğursuzluğa son qoymaq istəyir.
“Narıncılar” bu il sürücü heyətini təmiz dəyişib – Karlos Sayns və Lando Norrislə yarışacaqlar. Bundan başqa britaniyalılar British American Tobacco və Huski Chocolate ilə sponsorluq müqaviləsi imzalayıblar. Yeni bolid də papaya narıncısı rəngdədir. Bundan başqa ön və arxa qanad, mühərrik qapağı mavi rəngə boyanıb. Arxa qanadın aşağı hissəsi və ön qanadın bir hissəsi qara rəngdədir. Huski Chocolate firmasına görə arxa qanadda qırmızı rəngdən istifadə olunub. Sürücülərin kombinezonları da mavidir.
McLaren-in rəhbəri Zek Braun yeni bolid barədə fikirlərini bildirib: “MCL34 bütün komandanın əziyyəti nəticəsində ortaya çıxıb. Hamımız McLaren-i yenidən zirvəyə qaytarmaq üçün fokuslanmışıq. İstedadlı və gənc sürücü heyətimiz var. McLaren ailəsi təkcə işçilərimiz və sürücülərimizdən yox, eyni zamanda tərəfdaşlar və fanatlardan ibarətdir. Çoxlu sponsorlarımız və fan kütləmiz var. Son illərdə zəif olsaq da, sadiq qalan bütün fanlara təşəkkür edirəm. Həmişəki kimi qorxmadan irəliyə doğru addım atırıq”.