McLaren Sepanqda maşının son kompleks modernizəsini nümayiş etdirəcək, bununla da MP4-24 üzərində işlər başa çatdırılacaq və komanda bütün resursları gələn mövsümün maşını üzərində işə yönəldəcək…
Martin Uitmarş: “Son yarışlarda bizim maşının sürəti ciddi inkişafdan xəbər verir, MP4-24 rəqabətədavamlıdır və biz Sinqapur Qran Prisini nikbinliklə gözləyirik. Bu mərhələ üçün biz maşının mövsümdə sonuncu kompleks yenilənməsini hazırlamışıq, indi komanda bütün gücünü və resursları yeni layihəyə yönəldəcək.
Keçənilki Sinqapur yarışı əla olmuşdu. Komandada hamı mövsümün son dörd yarışını, titul uğrunda mübarizənin sonunu və bizim yaxşı nəticələri gözləyir. Sinqapur yarışı Formula1 üçün fantastik reklamdır, biz sıx və maraqlı mübarizəyə ümid edirik.”