F-1.az xatırladır ki, britaniyalılar sonuncu Almaniya yarışından əliboş qayıdıblar. McLaren komandası Mühəndislər Kubokunda hazırda 7-cidir və Haas ilə Force İndia-dan 11 xal geri qalır.
Jil de Ferran: “Almaniyada gərgin mübarizənin şahidi olduq. Ardıcıl yarışlardan sonra yay tətilinə çıxacağıq. Macarıstan həmişə fanatların sevimlisi olub. Komandalar və sürücülər də buranı sevirlər. Budapeşt gəzmək üçün ideal şəhərdir. Tras isə çox qəddar xarakterə sahibdir. Çoxlu döngə var və qüsursuz olmalısınız. Buna görə də maşının balansı yaxşı olmalıdır. İstilik yüksək olduğu üçün həm sürücülər, həm də mühəndislər sazlanma tapmaqda çətinlik çəkirlər. Hazırda əsas hədəfimiz irəliyə doğru addımlar atmaqdır”.