McLaren-in liviyalı sponsorları?

Formula1 komandalarının məsrəfləri olduqca böyükdür, ona görə də bir çox komandalar sponsorlar cəlb edirlər ya da Yaxın Şərq və Afrikadan […]

Formula1 komandalarının məsrəfləri olduqca böyükdür, ona görə də bir çox komandalar sponsorlar cəlb edirlər ya da Yaxın Şərq və Afrikadan olan varlılara səhmlərin bir hissəsini satırlar. Bir tərəfdən, bu, “asan” pullardır, digər tərəfdən, belə maliyyələşmə siyasi vəziyyətdən asılı olur.

Britaniyanın Daily Mail qəzetinin jurnalistlərinə məlum olub ki, McLaren komandasının nümayəndələri Müəmmar Qəzzafinin ailə ilə sponsorluq barədə danışıqlar aparıblar, düzdür, danışıqlar müqavilənin imzalanması ilə nəticələnməyib.

Liviyyanın dövlət və hərbi liderinin oğulları çoxdan yarışlarla maraqlanırlar. Onun üçüncü oğlu – Saadi Qəzzafi, hətta, üç il əvvəl Durango komandasının təssiçisi kimi Formula1-də debüt etmək istəmişdi, ikinci oğlu – Saif Qəzzafi, keçən ilin əvvəllərində McLaren-lə əməkdaşlıqla maraqlanmışdı. Söhbət reklam müqaviləsindən getmişdi – maşının üzərində Liviyaya truzim çağırışı komandanın büdcəsini 50 milyon dollar zənginləşdirə bilərdi.

Saif Qəzzafi Londonda siyasi və iqtisadi elmlər məktəbini qurtarıb və fəlsəfə doktoru elmi dərəcəsini alıb. Danışıqlarda vasitəçi Saifin tanışı gənc sürücü Aleks Uoters çıxış edirdi. Siyasi böhran üzündən danışıqlar sona çatmayıb, amma komanda maşının yeni loqotiplə eksizini hazırlamış və Liviya Turizm Nazirliyinin nümayəndələrini Uokinqdəki bazaya dəvət edibmiş.

McLaren komandasının əməkdaşı Daily Mail-ə bildirib ki, keçən ilin yanvarında Aleks Uoters Liviyanın nümayəndələri ilə “kommersiya əməkdaşlığı barədə görüşə bizi dəvət etmişdi, biz bu məsələni müzakirə etdik, Uotersə maşının yeni loqotiplə eksizini göndərdik, amma Liviyanın nümayəndələrindən heç kimlə görüşmədik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*