1963-cü ildə Bryus MakLaren tərəfindən komandaya dəvət olunmuş amerikalıya əvvəlcə mexanik vəzifəsi təklif olunmuşdu, amma tezliklə Taylerin karyerası yüksəlməyə başlayır. Bir müddət McLaren komandasının Amerikadakı CanAm və USAC layihələrində çalışdıqdan sonra Avropaya qayıdan Tayler komandanın Formula1 çempionatında uğur qazanmasında vacib fiqurlardan birinə çevrilir.
F-1.az xatırladır ki. McLaren F1 komandasında iyirmi ildən çox müxtəlif rəhbər vəzifələrdə çalışdıqdan sonra yenidən okeanın o biri tayına gedən Tayler McLaren komandasının digər qurucusu Teddi Mayerlə birlikdə İndyCar çempionatını təsis edirlər və bir qədər sonra Formula1-ə Beatrice F1 komandası ilə qayıdırlar, düzdür, bu qayıdışı uğurlu alınmır.
Keçən əsrin sonlarında Aleksander yenidən McLaren-ə keçir və bu dəfə xüsusi layihələr bölməsinə rəhbərlik edir. 2009-cu ildə təqaüdə çıxan Tayler “McLaren daxildən” adlı fotokitab dərc edir.
McLaren Group-un başçısı Ron Dennis bəyanatla çıxış edib: “1963-cü ildə komandanın əsasını qoyan Bryus MakLarenlə yanaşı Tayler Aleksander şirkətin tarixində həlledici personajlardan biri olub. O, Bryusla çiyinçiyinə ilk günlərdən gərgin çalışıb və Bryus üçün ən yaxşı dəstək olub. Onlar birlikdə komandanın şöhrətini qurublar.
Taylerin yalnız biliyi deyil, həm də enerji və pozitiv əhval-ruhiyyəsi gözəl yumor hissi ilə birlikdə onu paddokun ən sevimlisinə çevirmişdi – Taylerin rəhbərliyi altında keçən əsrin ən uğurlu sürücüləri, mexanikləri, mühəndisləri və konstruktorları çalışıblar.
Tayler, sadəcə, McLaren-in işləri ilə yaşayıb nəfəs alırdı. 2008-ci ildə Lyuis Həmiltonun titul qazanmasında xüsusi rolu olan Tayler mövsümün sonunda komandanı tərk etçişdi. Amma hamımızın dostu olaraq qalırdı. Hətta bəzən Uokinqə komandanın bazasına da gəlirdi və əməkdaşlarla söhbət edirdi.
Tayler ən etibarlı dostumuz idi, biz ona çox inanırdıq.
Tayler “köhnə məkətib”in ən yaxşı nümayəndəsi idi – cəsur, müdrik və təvazökar, məhz bu xüsusiyyətləri ona beynəlxalq avtoidman tarixində məxsusi yer tutmağa imkan verib…”