Komandanın rəsmi nümayəndəsi bildirib ki, “Yost Kapito bizim komandaya VW Motorsport-da keçirdiyi dörd uğurlu mövsümdən sonra qatılmışdı və McLaren-ə uğur qaytarmağa tam köklənmişdi. O, yenidən qələbə qazanmağa hazır olan komanda qurmaq istəyirdi və yaxın illərdə dünya çempionatında qələbə qazanmaq məqsədilə rəqabətədavamlı maşının hazırlanmasına diqqət ayırmışdı.
Təəssüf ki, məqsədimiz eyni olsa da, biz Yostla ümumi dil tapa bilmədik. Yekunda onun komandadan getməsinə razılaşdıq və indi digər variantları dəyərləndirəcəyik. Biz Yosta gələcək işlərində uğurlar arzulayırıq”.