F-1.az xəbər verir ki, hazırda bu məqsədi reallaşdırmağa Sauber ilə razılaşa bilən İnqolştadt təmsilçisi daha yaxındır. Porsche isə tərəfdaş axtarışına davam edir, lakin hələ də bu istiqamətdə uğur əldə edə bilməyib.
Porsche-nin mümkün tərəfdaşları arasında McLaren komandasının adı çəkilsə də, onun lideri Zek Braun Mercedes-lə əməkdaşlıqdan razı qaldığını açıq şəkildə bildirib.
Zek Braun: “Mühəndislərin daha çox məlumat əldə etmək imkanı olması baxımından zavod komandasının bəzi üstünlükləri var. Bununla belə, biz Mercedes-lə əməkdaşlıqdan çox məmnunuq.
Əminəm ki, biz müştəri komandası olaraq titul qazana bilərik. Əminəm ki, bizim maşınlardakı mühərrik Lyuis Həmiltonun maşınına quraşdırılan mühərrikdən heç nə ilə fərqlənmir. Güc qurğuları tamamilə eynidir.
Mercedes-lə uzunmüddətli müqaviləmiz var və əməkdaşlıqdan çox məmnunuq. 2026-cı ildə və ondan sonra nələrin baş verəcəyi barədə indi düşünməyə ehtiyac görmürəm”.