McLaren komandası Monako və İspaniya üçün yeni rəng çalarını təqdim edib

McLaren komandası qarşıdan gələn Monako və İspaniya Qran Priləri çün MCL60 bolidinin yeni rəng çalarını təqdim edib.

F-1.az xəbər verir ki, MCL60-ın rəng sxemi Vokinq komandasının “Üçlü Tac”ına aiddir – yalnız McLaren öyünə bilər ki, onun avtomobilləri və sürücüləri dünyanın üç ən nüfuzlu yarışında – Monako Qran Prisində, İndy500 və 24 saatlıq Le Man marafonunda qalib gəliblər.

MCL60-ın arxa hissəsi 1974-cü ilin mayında İndianapolisdə Conni Ruterford tərəfindən idarə olunan McLaren M16C/D rənglərində bəzədilib. Avtomobilin ağ rəngləri Monakoda qalib gəlmiş McLaren MP4/2 və fransız sürücü Alen Prosta həsr olunub.

Ön hissə 1995-ci ildə Yannik Dalma, Mizanori Sekiya və CeyCey Lehto tərəfindən McLaren F1 GTR idman avtomobilində əfsanəvi marafonda ümumi hesabda Le Man qələbəsini xarakterizə edir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*