F-1.az xatırladır ki, bir neçə gün əvvəl reqlament dəyişikliyinin bir il təxirə salınması və gələn il komandaların eyni maşınlardan istifadə edəcəyi elan olunub. Lakin buna baxmayaraq, McLaren komandası əvvəlki planını təsdiqləyib: Mercedes ilə müqavilə 2021-ci ildən 2024-cü ilə qədər əməkdaşlığı nəzərdə tutur və hər iki tərəf müqavilənin şərtlərinə əməl edəcək.
Şassinin saxlanılması ilə güc qurğusunun dəyişdirilməsi böyük çətinliklərə səbəb olmamalıdır. Qaydalara görə, mühərriklərin şassiyə bərkidilmə nöqtələri bütün istehsalçılar üçün eyni olmalıdır, buna görə də komanda yalnız maşının arxa hissəsində bəzi elementlərin quruluşunu dəyişməklə kifayətlənəcək.