McLaren komandası Lando Norrisi Toro Rosso-ya verməkdən imtina edib

Keçən mövsümün sonunda Daniil Kvyatın əvəzinə komandaya gətirilən Brendon Hartli gözləniləndən zəif çıxış edir. Yeni zelandiyalı sürücü keçənilki ABŞ Qran Prisindən bəri çıxdığı 10 yarışda cəmi 1 xal toplaya bilib. Bu müddətdə komanda yoldaşı Pyer Qasli isə aktivinə 18 xal yazmağı bacarıb.

Artıq onun başqa sürücü ilə əvəz edilməsi zəruriyyəti göz önündədir. Red Bull-un gənc sürücülər proqramında hazırda yarışa biləcək sürücü yoxdur və Helmut Marko kənardan sürücü axtarmaq məcburiyyətindədir. Komandanın maliyyə vəziyyətinə mövsümün sonunda Mühəndislər Kubokunda tutacaqları yer xeyli təsir edəcək. Buna görə də, hər iki maşınla xal qazanmaq vacibdir.

F-1.az BBC-yə istinadən bildirir ki, McLaren-in gənc sürücülər proqramının üzvü, hazırda Formula2-də yarışan və çempionata liderlik edən Lando Norrisin Toro Rosso-ya keçidi üçün müraciət McLaren tərəfindən rədd edilib. Lando McLaren-in hazırda yetişdirməkdə olduğu ən perspektivli sürücüsüdür və Fernando Alonso komandadan ayrılarsa, onu əvəzləyə bilər.

Şayiələrə görə, Toro Rosso Landonu Avstriya Qran Prisindən gələn mövsümün sonuna qədər yarışdırmaq istəyib. McLaren komandası Toro Rosso-nun gənc sürücü ilə maraqlanmasını təsdiq edib, italyan komanda isə bu barədə susur…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*