McLaren komandası Honda ilə əməkdaşlığını davam etdirəcək?

McLaren cari mövsümdə xal qazanmayan yeganə komandadır. Bunun əsas səbəbi isə Uokinqdən olan komandanın maşınlarında çalışan Honda güc qurğularıdır. Son zamanlar paddokda McLaren komandasının yaponiyalı motorçularla əməkdaşlqıdan imtina edəcəkləri barədə şayiələr gəzsə də, hər iki tərəf bu xəbərləri təkzib etmişdi.

Bu azmış kimi, McLaren-lə əməkdaşlığın yenidən başlaması sualına Mercedes Motorsport-un başçısı Toto Volff bildirmişdi: “Formula1 üçün Honda-nın çempionatda qalması çox vacibdir. Şübhə etmirəm ki, onlar builki problemlərini tezliklə həll edəcəklər”.

Eyni zamanda, çempion komandanın qeyri-icraçı direktoru Niki Lauda keçmiş komandasına motor verməyin əleyhinə çıxış etmişdi: “Mən bu fikri dəstəkləmirəm. Əgər iki il əvvəl mən Red Bull komandasına motor verməyi dəstəkləyirdimsə, bu gün mən bunu etmərəm. Biz bütün diqqətimizi Ferrari ilə mübarizəyə toplamalıyıq, motorla təchiz etməyə daha bir komanda axtarmamalıyıq”.

Amma Almaniyada nəşr olunan Auto Motor und Sport dərgisi bu gün məlumat yayıb ki, McLaren komandası və Honda şitkəri 2018-ci ildə də əməkdaşlıqlarını davam etdirəcəklər. İdman Reqlamentinin 9-cu Əlavəsinə əsasən, növbəti mövsümdə motor təchizatçısını dəyişmək istəyən komanda cari ilin mayın 6-dək FİA-ya rəsmi məlumat verməlidir və federasiya bu müraciəti mayın 15-dək təsdiq etməlidir. FİA-ya isə bu il yalnız eyni istəklə Sauber komandası müraciət edib və komandanın Honda ilə uzunmüddətli əməkdaşlığı rəsmən təsdiq olunub.

Əlbəttə, reqlamentdə mayın 15-dən sonra da təchizatçısını dəyişmək proseduru əks olunub, amma bu zaman digər motor istehsalçılarının yekdil razılığı da lazımdır. Aydın məsələdir ki, Honda belə razılığı verməyəcək, çünki McLaren-lə əməkdaşlığın dayandırılması yaponlar üçün Formula1 layihəsinin bağlanması deməkdir. Elə McLaren də buna razı olmaz, çünki bu ayrılıq komandaya 70 milyon avroya başa gələcək.

F-1. az xatırladır ki, Honda əmindir ki, tezliklə motorun güc çatışmazlığı problemi həll olunacaq. Şirkət Kanada Qran Prisi üçün güc qurğusunun ciddi yenilənmiş versiyasını hazırlayır.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*