Paylaşımın altındakı status çox qısadır: “Monako. Sinqapur… Uokinq? Arzular belə doğur”. Bundan sonra #WokingGP həştəqi qoyulub.
Əlbəttə, azarkeşlərin ilk reaksiyası bir aprel zarafatları ilə bağlı olub, xüsusən də Uokinqdə olanlar üçün bu zarafat çox yersiz görünüb. Amma, digər tərəfdən, xatırlasaq ki, Silverstoun 2019-cu ildən sonra Formula1-i keçirməkdən imtina edib, onda britaniyalılar haqlı olaraq sual verirlər: bəs növbəti milli yarışı hansı trasda keçirmək olar? Birləşmiş Krallığı F1 yarışı olmadan təsəvvür etmək çox çətindir.
Əlbəttə, Liberty Media bu yarışı Londonun küçələrində keçirmək istəyir və bu təşəbbüslə yanaşı Britaniya paytaxtının yaxınlığında yerləşən Uokinqin şansları elə də yüksək deyil. Uokinq bütün dünyada yalnız McLaren Technology Group-un futurustik arxitekturalı mənzil qərargahına görə tanınır, hə, bir də Gerbert Uellsin “Dünyaların savaşı”nda marslılar məhz Uokinqə enmişdilər.
F-1.az hesab edir ki, F1-də işləri elə də uğurlu getməyən britaniyalılar bir qədər xəyallara dalıblar. Çox güman ki, bir müddət sonra McLaren komandası videoçarxdakı mesaja aydınlıq gətirəcək…
Monaco. Singapore… Woking? The dream begins. 🏁 #WokingGP pic.twitter.com/majXzsK8tk
— McLaren (@McLarenF1) 14 августа 2017 г.