McLaren KERS-dən mövsümün sonuna kimi istifadə edəcək

McLaren komandasının başçısı Martin Uitmarş təsdiq edib ki, komanda KERS-dən mövsümün sonuna kimi istifadə edəcək. Hazırda KERS-dən yalnız McLaren və […]

McLaren komandasının başçısı Martin Uitmarş təsdiq edib ki, komanda KERS-dən mövsümün sonuna kimi istifadə edəcək. Hazırda KERS-dən yalnız McLaren və Ferrari komandaları istifadə edirlər, digər komandalar isə sistemin hazırlanmasına milyonlarla vəsait xərcləsələr də, istifadədən imtina ediblər. Uitmarşın fikrincə, sistem müəyyən üstünlük verir və komanda üçün bu əsas arqumentdir…

Martin Uitmarş: “Birincisi, biz sistemdən imtina etməyə hazırlaşmırıq. İkincisi, bizim bəxtimiz gətirib və bizim KERS çox effektiv işləyir. Yeni maşın KERS-lə birlikdə hazırlanmışdı, əgər KERS olmasaydı, МР4-24 başqa cür alınardı və biz nəsə udardıq – amma ümumilikdə sistemin öz üstünlükləri var. Biz KERS-dən mövsümün sonuna kimi istifadə edəcəyik, əks halda bütün maşını dəyişməliyik, buna isə ciddi resurslar tələb olunur. Həm də gələn mövsümə hazırlaşmaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*