F-1.az xatırladır ki, yeni Arrow McLaren SP komandası Arrow Schmidt Peterson Motorsports-la əməkdaşlığın nəticəsində yaradılıb. Bu il komandanın şərəfini Patrisio O’Vard və Oliver Eskyu qoruyacaqlar, maşınlarda isə Chevrolet mühərrikləri çalışacaq.
Jil de Ferran, McLaren-in idman direktoru: “Bu gün komandanın tarixində başladığımız yeni fəsil haqqında düşünmək üçün əla zamandır. Arrow McLaren SP layihəmizin başlamasından keçən aylarda artıq iki gözəl gənc sürücü ilə müqavilə bağladıq və böyük sponsorların dəstəyini əldə etdik.
Atlantikanın hər iki tərəfində, həm Britaniyada, həm də İndianapolisdə çalışan bütün əməkdaşlarımıza səylərinə görə təşəkkür edirəm. Düşünürəm ki, rəsmi təqdimatımız hər kəs üçün həyəcanverici məqamdır”.