F-1.az xatırladır ki, McLaren komandası 2017-ci ildə İndy500-də McLaren Honda adı ilə iştirak etmişdi.
Zek Braun: “Bu il birdəfəlik idi. Əla fikir idi. Amma artıq belə şey olmayacaq. Bizim üçün yaxşı olmadı. Fernando ilə yaratdığımız fərqliliyi təkrarlamaq çətin olacaq. Gələn il İndy-yə sadəcə İndy500 üçün gedə bilərdik, amma McLaren-in tərzi olmaz. Etsək də, McLaren-in yolu ilə etməliyik. Əgər işi tam görə bilməsək və şounun bir hissəsi olmasaq, bunu istəmirik”.