F-1.az xatırladır ki, britaniyalılar Honda mühərriklərinin pis performansına görə bir neçə sponsorunu itirmişdilər. Amma Renault mühərriyinə keçəndən sonra bəzi şirkətlər McLaren-ə güvənməyə başlayıb. İndiyə kimi Kimoa, CNBC, Airgain və Dell kimi şirkətlərlə müqavilə imzalanıb.
Zek Braun: “Növbəti həftələrdə bir neçə sponsor da açıqlayacağıq. Amma hələ planın əvvəlindəyik. Bu plan gələcəyə yönəlib və növbəti 3-4 ili əhatə edir. Komersiya cəhətdən böyük maraq var, amma şirkətlər əvvəl performansımızı görmək istəyirlər. Son illərə nəzər salanda haqlıdırlar. Əgər yaxşı performans göstərsək, komandaya olan maraq artacaq. Plana görə davam edəcəyik”.