F-1.az xatırladır ki, britaniyalılar son iki mövsümdə podium üzünə həsrət qalıblar və yeni reqlamentdən istifadə edib, daha yaxşı nəticələr qazanmaq istəyirlər. Xatırladaq ki, MCL32 fevralın 24-də təqdim edilib.
2017-ci ilin ilk mövsümömcəsi testləri fevralın 27-də başlayacaq və martın 2-də başa çatacaq. McLaren-in verdiyi açıqlamaya əsasən MCL32-ni testlərdə ilk dəfə Fernando Alonso idarə edəcək. İspaniyalı sürücü testlərin 1-ci və 3-cü günlərində sükan arxasına keçəcək.
Komandanın yeni sürücüsü Stoffel Vandorn isə testlərin 2-ci və 4-cü günlərində sükan arxasına keçəcək…