McLaren-in problemləri yenilikləri gecikdirib

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, testlərdəki etibarlılıq problemləri yeniliklərin tətbiqini gecikdirib.

F-1.az xatırladır ki, britaniyalı komanda Barselonadakı qış testlərində ən çox problem yaşayan və ən az məsafə qət edən kollektiv olmuşdu, hələ üstəlik “narıncılar” rəqiblərindən fərqli olaraq testlərdə 3 mühərrikdən istifadə etmişdilər.

Erik Bulye: “Barselonaya yaxşı hazırlaşmamışdıq və yarışda etibarlılıq problemlərini həll etdiyimiz üçün sevincliyəm. Son həftələrdə etibarlılıq problemlərini həll etməyə çalışdıq və yenilikləri ilk yarışa çatdıra bilmədik. Buna görə də Avstraliyaya apardığımız yenilikləri Bəhreyndə istifadə edə biləcəyik. Əsl gücümüz Barselonada görünəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*