McLaren-in maşınları əvvəlki kimi MP4 adlanacaq

Bu barədə komandanın yeni icraçı direktoru Zek Braun məlumat verib. Ron Dennisin gedişi maşının adlandırılmasına təsir göstərməyəcək.

F-1.az xatırladır ki, Ron Dennis iki ay əvvəl digər səhmdarların təzyiqi altında postunu tərk etməli olmuşdu. Lakin nəzərə almaq lazımdır ki, son onilliklər ərzində komandanın təkamülündə başlıca rolu o oynayıb. 1981-ci ildən bəri komandanın bütün maşınları MP4 adlanıb – yalnız maşının modelini göstərən rəqəmsal indekslər dəyişilib.

MP4 – McLaren Project Four ifadəsinin abbreviaturasıdır. Dennis McLaren-ə gəlməzdən əvvəl Project Four Racing adlı yarış komandasına rəhbərlik edib. Son vaxtlarda maşınların fərqli formada adlandırılacağı barədə şayiələr gəzirdi. Lakin Braun bunları təkzib edib: “Yox, düşünürəm ki, biz hər şeyi olduğu kimi saxlamaq niyyətindəyik”.

Deməli, yeni maşın MP4-32 adlandırılacaq.

Braun komandanın gələcəkdə Formula E-də təmsil oluna biləcəyini, 2019-cu ildən etibarən batareya satmaq ehtimallarını və Le Manın 24 saatlıq marafonuna qayıdacaqlarını istisna etməyib: “Hər şey ola bilər. Vaxtilə McLaren İndy 500 yarışını qazanıb. Biz ancaq Formula1 komandası deyilik. Bizim texnologiyadan İndyCar-da da istifadə olunur – maşınlar McLaren-in elektronikası ilə təchiz olunur. Bizim batareyalarımız NASCAR maşınlarına da qoyulur. Mənim işimin bir hissəsi də hansı kateqoriyalarda iştirak edə biləcəyimizi müəyyən etməkdir. Deyərdim ki, biz hazırda avtoidmanın bütün sahələrinə öyrəşirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*