McLaren İmolada testlər keçirir

Yarış mühərriklərinin səsi cəmi üç gün əvvəl Melburnda kəsilib və növbəti yarışı üç həftədən çox gözləməli olacağıq. Lakin McLaren belə uzun müddət dayanmağın səhv olduğuna qərar verib.

F-1.az xəbər verir ki, komandanın əsas sürücüləri İmolada 2021-ci ilin maşını MCL35M ilə testlər edirlər.

Bu barədə komandanın mətbuat xidməti paylaşım edib: “Trasa qayıtmaq üçün yarışdan cəmi 3 gün sonra test etmək imkanımız varsa, nəyə görə 3 həftə gözləyək? Oskar Piastri səhər testlərdə iştirak edən ilk sürücü olub”.

Avstraliyalı sürücünün əvəzinə sükan arxasına daha sonra Lando Norris keçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*