McLaren ilk yarışda nə olacağını bilmir

McLaren Honda komandasının idman direktoru Erik Bulye bildirib ki, yeni mövsüm onlar üçün qeyri-müəyyənliklərlə başlayır.

F-1.az xatırladır ki, McLaren komandası keçən il Honda ilə yenidən əməkdaşlığa başlayıb, amma bu əməkdaşlıq elə də uğurlu olmayıb. Komanda keçən il axırdan ikinci yeri tutub.

Amma britaniyallar bu il mövsümöncəsi testlərdə keçənilkinə nisbətən daha yaxşı təsir bağışlayıblar.

Amma Erik Bulye bildirib ki, onlar ilk yarışda nə ilə qarşılaşacaqlarını bilmirlər: “İlk yarış üçün son hazırlıqları tamamlaya bilmədik, ona görə də Avstraliyada nə olacağını bilmirik. Qarşıdakı həftəsonu bizim üçün çətin keçəcək. Albert Park trasına çatan kimi biz sazlanmaların üstündə işləməyə başlayacayıq. Sazlanmaları qaydasına salmaq üçün hər seansda var qüvvəmizlə işləyəcəyik.

Son testlərdən sonra Avstraliyaya aparacağımız detalları çatdırmaq üçün var qüvvəmizlə işləmişik. Cümə günü harada olduğumuzu görmək gözəl olacaq. Hazırlıqlara görə keçənilkinə nisbətən bir addım qabaqdayıq. Bu dəfə daha çox məsafə qət etdik və sistemlərin çoxunu yoxlaya bildik. Biz keçən il sistemlərin çoxunu yarışlarda yoxlamışdıq”.

Komandanın britaniyalı sürücüsü Censon Batton da yeni mövsümlə bağlı fikirlərini bildirib: “Öz bolidimizi inkişaf etdirmək üçün fokuslanmışıq. Bu il hansı səviyyədə olduğumuzu görmək istəyirəm.

Bolidi inkişaf etdirmək üçün bağlı qapıların arxasında işləyirik. Əlimizə fürsət düşdükcə, yeniliklər gətirəcəyik.

Avstraliyada bizi gərgin mübarizə gözləyir, amma paketimiz keçənilkinə nisbətən daha yaxşı vəziyyyətdədir.

Bu il qaydalarda çox dəyişikliklər var: Yeni sıralanma turu formatı, yeni təkər qaydaları. Avstraliyada qalibin adını proqnozlaşdırmaq həmişə çətin olub. Ona görə də – hər şey ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*