McLaren ikinci çəkiliş günündən istifadə edib

McLaren komandası Barselonada testlərarası fasilə zamanı çəkiliş günü keçirib.

F-1.az xatırladır ki, britaniyalılar keçən həftənin bazar günü, yəni testlərdən bir gün əvvəl çəkiliş günü keçirmişdilər. Amma Formula1-in ən titullu ikinci komandası dördgünlük testlərdə çoxlu problemlər yaşayıb. Xüsusən də, testlərin 1-ci və 2-ci günündə mühərrikdəki problemlərə görə britaniyalılar çoxlu vaxt itiriblər. Buna görə də reqlamentin mövsüm ərzində icazə verdiyi ikinci çəkiliş günündən istifadə etmək məcburiyyətində qalıblar.

Britaniyalılar testlərdə itirdikləri vaxtı 100 km-lik çəkiliş günü ilə kompensə etməyə çalışıblar. MCL32-nin sükanı arxasında Fernando Alonso işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*