F-1.az xatırladır ki, Britaniya komandası Kanada yarışından xalsız qayıtmışdı. Növbədə isə onların ev trası Silverstoun var.
“Narıncılar” bu yarışa yeniliklər gətirəcəklər.
Zek Braun: “Silverstoun bolidlərimiz üçün daha yaxşı tras olmalıdır, amma trasa çıxmamış bu barədə danışmaq olmaz. Əvvəlki yarışda qeyri-stabil idik. Bir yarışda sürücümüz podium gördü. Bəzən də unutmaq istədiyimiz yarışlar oldu.
Öz ölkənizdəki yarışa hazırlaşırkən daha yaxşı nəticə üçün işləyirsiniz. Bolidimiz yaxşı işləsə, əlimizdən gələni edəcəyik. Hədəfimiz hər iki sürücümüzün də xal almasıdır. Yarışı mən də səbirsizliklə gözləyirəm. Keçən il koronavirusa yoluxduğum üçün yarışa gələ bilməmişdim.
Silverstoun əla trasdır və burada yarış əla keçir.