F-1.az xatırladır ki, McLaren komandası bu mövsüm xal qazana bilməyən yeganə komandadır. Britaniya təmsilçisi bu mövsüm heç bir yarışda hər iki bolidlə finişə çata bilməyib.
Erik Bulye: “Bu həftəsonu daha çox yenilik gətirəcəyik. İspaniyadakı müsbət geri bildirimlərin burada da davam etməsinə ümid edirik. Təbii ki, birinci hədəfimiz hər iki bolidlə də yarış bitirmək olacaq. Yaxşı strategiya seçsək, daha gözəl nəticələr ala bilərik. Monako yarışı asan olmayacaq. Hamı burada var qüvvəsi ilə yarışacaq.
Battonla yenidən işləmək üçün səbirsizlənirik. Əla işləyir və simulyatorda yarış tempi məşqlərimizi tamamlamışıq”.