McLaren-in idman direktoru vəzifəsindən azad edilib

Vodafone McLaren Mercedes komandasının mətbuat xidməti məlumat yayıb ki, komandanın idman direktoru Deyv Rayan tutduğu vəzifədən azad edilib. Məhz Rayan […]

Vodafone McLaren Mercedes komandasının mətbuat xidməti məlumat yayıb ki, komandanın idman direktoru Deyv Rayan tutduğu vəzifədən azad edilib. Məhz Rayan keçən bazar günü Melburnda stüardların iclasında McLaren-i təmsil edib və Həmiltonla birlikdə sürücünün Yarno Trullini irəli buraxmaq əmrini almasını təkzib edib. Amma radiodanışıqlardan məlum edib ki, belə bir əmr Lyuisə verilibmiş.

Dünən Malayziyada bu insidentin yeni müzakirəsi zamanı stüardlar McLaren və Həmiltonuun əleyhinə qərar qəbul ediblər.

Rayan McLaren-də karyerasını 1974-cü ildə mexanik kimi başlayıb, sonra baş mexanik vəzifəsinə kimi yüksəlib, daha sonra zavod rəhbəri olub. 1990-cı ildən o komandanın meneceri vəzifəsini icra edib, keçən ilin ortalarından komandanın idman direktoru təyin olunubmuş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*