McLaren-i əyləc problemləri geriyə salıb

McLaren komandasının sabiq rəhbəri Andreas Zaydl bildirib ki, əyləc problemləri 2022-ci ildə "narıncılar"ı geriyə salıb.

F-1.az xatırladır ki, Britaniya komandası 2022-ci ildə qış testlərində yaxşı görünsə də, mövsümün ilk yarışı Bəhreyndə xal qazana bilməmişdi. Bu hal bir neçə yarış davam etmişdi. Yekunda McLaren mövsümü beşinci yerdə bağlamışdı.

Andreas Zaydl McLAren-dən ayrılmamışdan əvvəl verdiyi müsahibədə əyləc probremlərinin onlara çox mane törətdiyini deyib: “2022-ci ildə bolidimizdə çoxlu problemlər üzə çıxdı. Əyləclərlə bağlı problemlər üzə çıxanda bilindi ki, bunu təkmilləşdirmək elə də rahat olmayacaq. Buna görə də mühəndislərin sayını artırdıq. Ümid edirəm ki, bunun hesabına qabağa gedərik.

Formula1 hazırda çox çətndir. Test müddəti az olduğu üçün bir problem yaşadığınızda bir gün itirmək sizə baha başa gəlir. Əyləcləri təkmilləşdirmək üçün çoxlu resurs xərclədik. Halbu ki, o resursları bolidin inkişafı üçün istifadə edəcəkdik. Bu hal 2023-cü ilə də təsir etdi, çünki yeni bolidin üstündə gec işləməyə başladıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*