McLaren Honda-nı boksda nə saxlayıb?

McLaren komandası verdiyi açıqlamada bildirib ki, dünən onların trasa çıxa bilməməsinin səbəbi kiçik bir problem imiş...

F-1.az xəbər verir ki, Fernando Alonso testlərin son günündə cəmi 3 dövrə vura bilib. McLaren komandası buna səbəb olan problemi tapdığını açıqlayıb və bildiriblər ki, bu bəsit bir problem olub.

Bu barədə mühəndislik şöbəsinin rəhbəru Mətt Morris açıqlama verib: “Problemi tapana qədər çox vaxt itirdik, çünki problem olduqca dərində idi. Soyuducu sistemdə sızıntı olub və bu cür xırda problemə görə bir günü boksda itirmək bizi məyus edir”.

Morris bildirib ki, bütün bunlara baxmayaraq, problemin kiçik olması onları sevindirir və onlar martın 1-ində başlayacaq ikinci qış testlərinə hazırdırlar. Morris əlavə edib ki, testlərin məqsədi bu cür problemləri taparaq həll etməkdir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*