McLaren Honda – MP4-30 (video)

Bu gün rəsmən McLaren komandasının Honda şirkəti ilə əməkdaşlığında yeni fazaya start verilib – komandanın saytında yeni MP4-30 təqdim olunub: […]

Bu gün rəsmən McLaren komandasının Honda şirkəti ilə əməkdaşlığında yeni fazaya start verilib – komandanın saytında yeni MP4-30 təqdim olunub: 1992-ci ildən sonra komanda Honda motorlarına qayıdıb. F-1.az xatırladır ki, hələ keçən ilin dekabrında komanda yeni şassinin çırpılma testlərini (krəş test) keçirmişdi.

Hazırlıq işləri bir ildən çox davam edib. Hər iki tərəf yeni maşına böyük ümid bəsləyir: 2013-cü ilin mayında əməkdaşlıq elan olunarkən Honda-nın əməkdaşları ilk mövsümdəcə qələbəyə kökləndiklərini bildirmişdilər…

mclaren-03
McLaren komandası isə genişmiqyaslı struktur dəyişikliyi edərək, Red Bull komandasından keçmiş aerodinamika şöbəsinin başçısı Piter Prodromunu və başqa güclü mətəxəssisləri komandaya cəlb edib, sonda isə Ferrari-dən Fernando Alonso komandaya dəvət olundu.

Keçən ilin sonunda McLaren şassisi və Honda motorunun ilk testləri baş tutmuşdu, amma Abu Dabidə keçən ikigünlük testlərdə maşın heç bir tam dövrə vura bilməmişdi – yeni maşının rəsmi testləri isə fevralın 1-də Xeresdə başlayacaq.

mclaren-04
McLaren komandası tarixində ilk dəfə yeni maşınını virtual təqdim edib, hamını yeni maşının rəng çalarları maarqlandırıb, amma sürpriz olmayıb – komandanın saytında ənənəvi gümüşü-qara-qrımızı rəngli maşın yer alıb…



Ron Dennis, komandanın icraçı direktoru:McLaren Technology Group daim texnoloji təkmilləşmənin axtarışındadır və bəlkə də, dünya idman texnologiyasının zirvəsi olan Formula1 çempionatı bizim məsuliyyətimizi əks etdirir.

McLaren-Honda – yeni nəticələlərin və texnoloji innovasiyaların əldə olunmasına köklənib: bunun sübutu tarixdən hamıya məlumdur, keçən əsrin 80-90-cı illərində bizim ilk əməkdaşlıq dövrümüzdə. Həmin dövrdə mən komandaya başçılıq edirdim, baxmayaraq ki, mən arxaya baxmağı xoşlamıram, amma biz yenidən səylərimizi birləşdirmək qərarına gəldik. İndi isə biz işimizlə sözümüzü sübut etməliyik”.

mclaren-05
Yasuhisa Arai, Honda Motorsport-un başçısı: “Bu gün həm mənim üçün, həm də Honda üçün ələmatdar və həyəcanlı gündür. Heç də hər gün biz yeni Formula1 maşınının təqdimatını keçirmirik və heç də hər il yeni əməkdaşlığa başlamırıq.

MP4-30-u hazırlayarkən biz bütün diqqətimizi işimizə yönəltmişdik, McLaren-lə bütün səylərimizi cütləşdirdik və yeni maşın bizim birgə əməyimizin bəhrəsidir. Qarşıda bizi ilk testlər gözləyirik, əminik ki, həm testləri uğurla başa vuracayıq, həm də çempionatda layiqli çıxış edəcəyik”.

mclaren-06
Erik Bulye, komandanın yarış direktoru: “Yeni mövsümün əvvəli ciddi dəyişikliklərin və gərgin işin kulminasiyası olacaq. Mənim komandada fəaliyyətimin artıq 1 ili tamam oldu. Bir il ərzində biz ciddi işlər görümüşk, komandada yenidən struktur dəyişiklikləri etmişik. Biz hazırda bu dəyişikliklərin nəticəsini görürük – güclü, ixtisaslı və effektiv komanda qurulub.

Belə bir isrsi olan komanda üçün keçmiş nailiyyətlər böyük məna kəsb edir. Əlbəttə, istədiyimiz səviyyəyə qalxmaq üçün zamana ehtiyacımız var, amma siz əmin ola bilərsiniz – Honda ilə birlikdə biz maksimum məqsədlərə nail olacayıq.

Mən əminəm ki, indi bizim komanda çox güclüdür və biz MP4-30-u mövsümün gedişində aktiv modernizə edə biləcəyik. Bizim mqəsədimiz daim inkişaf etməkdir və biz bu istiqamətdə inamla irəliləyirik. Biz bilirik ki, zirvəyə doğru yol gərgin əmək tələb edir, amma biz buna hazırıq. McLaren və Honda-nı ümumi məqsəd birləşdirir, biz nikbinik və bilirik ki, birlikdə uğur qazanacayıq”.

mclaren-07
Fernando Alonso: “Qışda yaxşı dincəlmişəm, indi isə tam motivasiya ilə yeni mövsümə başlayıram. Qışda çoxlu məşq eləmişəm ki, yaxşı fiziki formada olum və McLaren-Honda əməkdaşlığının yeni erasına hazır olum.

Əlbəttə, belə bir tarixi əməkdaşlığın bir hissəsi olmaq böyük şərəfdir, amma bizim yeni tarix yazmağımız üçün gərgin işləməyimiz lazımdır. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.

Mənim məqsədim isə bu əməkdaşlığın tam yeni tarixini yazmaqdır”.

mclaren-09
Censon Batton: “Mənim komanda ilə əməkdaşlığım davam edir, amma həyatımda yeni bir səhifə başlayıb – mən artıq ailə qurmuşam və McLaren-Honda əməkdaşlığında tarixə qovuşmaq şərəfinə layiq görülmüşəm. Qışda kifayət qədər məşq etmişəm və səbirsizliklə yeni maşınının sükanı arxasına oturmağı gözləyirəm.

Qarşıdakı mövsümü üçüç məqsədlərimiz alidir: yeni komanda yoldaşım Fernando Alonso ilə komandanı, əfsanəvi McLaren-Honda-nı zirvəyə qaldırmalıyıq. Bu yolda hər bir çətinliyi dəf etməyə hazırıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*