F-1.az xatırladır ki, McLaren 2015-2017-ci illərdə Honda mühərriyindən istifadə etmiş və ən yaxşı nəticəsi 5-ci yer olmuşdu. Uğursuzluqdan səbir kasası dolan Britaniya təmsilçisi keçən ilin sonunda Honda-dan ayrılaraq Renault-ya keçib.
Erik Bulye: “Bu il yarışacağıq. Ən böyük fərq budur. Sizə dəlilik kimi gəlsə də, son 3 ildə ancaq mühəndislərlə və şassi ilə məşğul olduq. Belə olan halda pit-stop məşqləri də etmirdik. Çünki heç nə edə bilmirdik. İndi bir bolidimiz var və onu sürməliyik. Maksimum performans göstərməliyik. Çox həyəcanlıyam. Məncə, baş ağrısıdır. Çünki bazada gəzərkən “gəl, gəl, gəl gedək” səsləri eşidirəm”.